Əczaçı olmaq istəyənlərin NƏZƏRİNƏ – YENİ TƏLƏBLƏR müəyyənləşdi

Əczaçı olmaq istəyənlərin NƏZƏRİNƏ – YENİ TƏLƏBLƏR müəyyənləşdi






presstv

"Presstv"az #Dərman vasitələri, #Həkim, #Sertifikasiya imtahanı, #Səhiyyə Nazirliyi, #Teymur Musayev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Səhiyyə Nazirliyinin Kollegiyasının 2018-ci il 11 yanvar tarixli 1 nömrəli qərarında və 2025-ci il 7 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Etibarlı İstehsalat Təcrübəsinə dair tələblər”də dəyişiklik edilib.

presstvaz-ın məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiya sədri Teymur Musayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar, o cümlədən əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar Səhiyyə Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.

Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Bundan başqa, aptekdən reseptlə və ya reseptsiz buraxılan dərman vasitələrinin, o cümlədən digər tibb təyinatlı malların satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələblərinə uyğun olaraq sertifikasiya şəhadətnaməsi qüvvədə olan əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış əczaçılar tərəfindən həyata keçiriləcək.

Qüvvədə olan sənəddə isə qeyd olunur ki, aptekdən həkim resepti ilə buraхılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv