Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirilib

Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirilib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Heydər Əliyev, #Müharibə, #Şəhidlər xiyabanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 22-də görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 116 illiyinə həsr olunan anım tədbiri keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər xiyabanında, general-mayor Həzi Aslanovun məzar-abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Müdafiə Nazirliyinin hərbi qulluqçularının, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisənin nümayəndələri və ailə üzvlərinin iştirak etdiyi tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli hərb xadimi Həzi Aslanovun, eləcə də Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Həzi Aslanovun şanlı döyüş yolundan danışılaraq onun İkinci Dünya müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri xüsusi vurğulanıb. Bildirilib ki, yüksək komandirlik məharəti ilə seçilən general xalqımızın qürur mənbəyinə çevrilərək hərb tariximizdə mühüm yer tutur.

Qeyd olunub ki, Azərbaycan xalqının Həzi Aslanov kimi igid oğullarının döyüş yolunun öyrənilməsi gənclərin vətənpərvər və milli-mənəvi dəyərlərə sadiq tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyır.

General-mayor Həzi Aslanovun ailə üzvləri tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv