Nizami rayonunda silsilə oğurluq faktlarının üstü açılıb

Nizami rayonunda silsilə oğurluq faktlarının üstü açılıb






presstv

"Presstv"az #Araşdırma, #Avto, #avtomobillər, #Azərbaycan, #Hadisə, #Məhkum, #Oğurluq hadisəsi, #WhatsApp, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanılıb
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən   presstvaz-a daxil olan məlumata əsasən, Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, iki naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və onun qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən edilərək saxlanılıblar.

       Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxtın müxtəlif rayonlarında yerləşən bir neçə evdən və iki avtomobildən də oğurluq etdikləri məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv