Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Azərbaycan, #Cinayət işi, #İran, #Saatlı Rayon Polis Şöbəsi, #Sosial şəbəkələr, #WhatsApp, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Saatlıda 6 kiloqram narkotik vasitə aşkarlanıb
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən  presstvaz-a daxil olan məlumata əsasən, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyev saxlanılıblar.

Bildirilib ki, onlardan 6 kiloqrama yaxın həşiş və marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsilə tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

       Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bundan əlavə, rayon ərazisində qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı avtomat silahı polisə könüllü şəkildə təhvil verib.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv