Putin Qrenlandiyanın ABŞ-yə neçəyə başa gələcəyini açıqlayıb

Putin Qrenlandiyanın ABŞ-yə neçəyə başa gələcəyini açıqlayıb






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Audi, #Danimarka, #Dollar, #Qrenlandiya, #Rusiya, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, əgər Qrenlandiya satışa çıxarılsa, onun məbləği 200 milyon dollardan 1 milyard dollara qədər ola bilər.

presstvaz TASS-a istinadən xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

“Qrenlandiyanın sahəsi Alyaskadan bir qədər böyükdür – mənim bildiyimə görə, təxminən 2,166 milyon kvadratkilometrdir. Yəni fərq haradasa 450-449 min kvadratkilometr təşkil edir. Əgər bunu ABŞ-nin Alyaskanı alarkən ödədiyi məbləğlə müqayisə etsək, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar ola bilər. Əgər bunu o dövrdəki qızıl qiymətləri ilə müqayisə etsək, bu rəqəm yəqin ki, 1 milyard dollara yaxın olardı”, – deyə Putin əlavə edib.

Onun sözlərinə görə, Qrenlandiya ətrafındakı vəziyyətin Rusiyaya dəxli yoxdur:

“Qrenlandiya məsələsinə gəlincə, bu, bizi qətiyyən maraqlandırmır – Qrenlandiya ilə baş verənlər bizə aid deyil”.

Putin eyni zamanda qeyd edib ki, Danimarka Qrenlandiyaya hər zaman koloniya kimi yanaşıb – sərt, hətta faktiki olaraq qəddar şəkildə.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv