Səkkiz aya hazırladı, dediyi qiymət təəccübləndirdi – Fatimeyi-Zəhra məscidinin taxta maketi

Səkkiz aya hazırladı, dediyi qiymət təəccübləndirdi – Fatimeyi-Zəhra məscidinin taxta maketi






presstv

"Presstv"az #Audi, #Günəş, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Günəşli qəsəbəsində fəaliyyət göstərən usta Etibar Cəlilov 8 ay ərzində Fatimeyi-Zəhra məscidinin böyük ölçülərdə taxta maketini hazırlayıb.

Ustanın sözlərinə görə, maket əsasən fanerdən və şam ağacından hazırlanıb və tamamilə əl işidir. Hazırlanma prosesində hər hansı əlavə qurğudan istifadə olunmayıb.

Maketin üzərində təxminən 4 minə yaxın taxta “kərpic” əllə hazırlanaraq bir-bir yığılıb. Günbəz və minarələr çıxarıla bilən formada dizayn olunub, giriş hissələri və qapılar da detallı şəkildə işlənib.

Etibar usta bildirir ki, maketin qiyməti 16 min manatdır. Onun sözlərinə görə, ziyarətçilər bu məbləğin əsərin real dəyərindən xeyli aşağı olduğunu deyirlər.

Usta həmçinin qeyd edib ki, maketi görənlər arasında bu əsərdən təsirlənərək namaza başlayanlar da olub:

“Namaz qılmayan bir insan gəlib maketi görəndə gözü doldu. İndi namaz qılır. Mən özüm də bilmirəm, həmin adamı o hala salan nə oldu”.

O, əsəri hazırlayarkən ciddi çətinliklərlə üzləşdiyini də söyləyib:

“Bu maketi hazırlayanda dəfələrlə barmağım kəsilib, huşumu itirmişəm. Məni ağır vəziyyətdə xəstəxanaya aparıblar. Amma yenə də sənətimdən əl çəkməmişəm. Həmişə öz işimin aşiqi olmuşam”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv