Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertindən ciddi xəbərdarlıq: “Qrup diyetlərinə aldanmayın”

Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertindən ciddi xəbərdarlıq: “Qrup diyetlərinə aldanmayın”






presstv

"Presstv"az #Audi, #Sağlam həyat tərzi, #Səhiyyə Nazirliyi, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qrup diyet proqramları son illərdə geniş yayılmış və xüsusilə sosial şəbəkələr, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə populyarlıq qazanıb”.

presstvaz xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, bu proqramların əsas məqsədi insanların eyni qida rejiminə əməl etməklə, çəkilərinin azalması və ya sağlam həyat tərzinə keçidini təmin etməkdir:

“Qrup daxilində motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz. İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb bir sistemdir. Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsinin sürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcud xroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsas amillərdir. Qrup diyet proqramlarında isə, adətən, bu fərdi fərqlər nəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planı tətbiq olunur”.

Mütəxəssis-ekspert bildirib ki, nəticədə bəzi insanlarda enerji çatışmazlığı, protein defisiti, eləcə də vitamin və mineral yetərsizliyi inkişaf edə bilər.

Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertindən ciddi xəbərdarlıq: Qrup diyetlərinə aldanmayın


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv