KİV: Bekhemlər oğullarını yalnız Nikoladan ayrılandan sonra bağışlayacaqlar

KİV: Bekhemlər oğullarını yalnız Nikoladan ayrılandan sonra bağışlayacaqlar






presstv

"Presstv"az #Audi, #Bruklin Bekhem, #Devid Bekhem, #Futbol, #Viktoriya Bekhem

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keçmiş futbol ulduzu Devid Bekhem və dizayner Viktoriya Bekhem oğulları Bruklini yalnız model Nikola Peltslə münasibətlərini bitirəcəyi halda bağışlayacaqlarını bəyan ediblər.

presstvaz xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Xəbərdə deyilir ki, Bekhemlər oğulları ilə barışmağa cəhd etsələr də, buna nail ola bilməyiblər:

“Mövcud vəziyyətə baxmayaraq, Devid və Viktoriya övladlarını hələ də çox sevirlər. Bekhemlər oğulları ilə münasibətləri düzəltmək üçün əllərindən gələni etsələr də, nəticə olmayıb. İndi isə görünür ki, Bruklin Nikola ilə birlikdə olduğu müddətdə geri dönüş yoxdur”.

Nəşr qeyd edib ki, Bruklinin nənə və babası da nəvələrinin hərəkətindən dərin məyusluq hissi keçirirlər:

“Onlar nəvələrini çox sevirlər, amma öz övladlarının acılarına da etinasız ola bilmirlər”.

Xatırladaq ki, 2022-ci ilin aprelində Bruklin Bekhem Nikola Peltslə evlənib. Toyun təşkili zamanı Viktoriya Bekhemlə Nikola arasında münasibətlər gərginləşib. Belə ki, model gəlinlik üçün “Valentino Couture” şirkətinin məhsuluna üstünlük verib və Bekhemlərin brendindən istifadə etməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv