İlin ilk kometası kəşf edildi: 73 gün ömrü qalıb

İlin ilk kometası kəşf edildi: 73 gün ömrü qalıb






presstv

"Presstv"az #Audi, #Çin, #Günəş, #Rusiya, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq Astronomiya İttifaqı 2026-cı ilin ilk kometasının kəşf olunduğunu və ona “C/2026 A1 (MAPS)” adının verildiyini elan edib. Kometa ilk dəfə 13 yanvar 2026-cı ildə Çilinin San-Pedro-de-Atakama şəhərindəki “AMACS 1” rəsədxanasında MAPS proqramı çərçivəsində müşahidə edilib ki, bu da səma cisminin adında öz əksini tapıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş Yer Fizikası İnstitutunun alimləri məlumat veriblər:

“Kometa hazırda Yerdən təxminən 200 milyon kilometr, Günəşdən isə təqribən 300 milyon kilometr məsafədə yerləşir. Səma cisminin orbitinə əsaslanaraq demək olar ki, o, təxminən 10 əsr öncədən hər il fevralın əvvəlindən martın ortalarına qədər bütün dünyada səma boyunca uzanan quyruqlu parlaq ağ nəhəng ulduzun – “1106-cı ilin böyük kometası”nın bir parçasıdır. Bu, Çin, Yaponiya və Britaniya əlyazmalarında qeydə alınıb”.

Alimlərin sözlərinə görə, bu kosmik obyekt sonradan bir çox hissələrə parçalanıb və ən böyük parçalardan biri yenidən Yerin səmasında “1843-cü ilin böyük kometası” kimi peyda olub.

Yeni “C/2026 A1 (MAPS)” kometasının bu cismin başqa bir parçası olduğu ehtimal edilir.

Hesablamalara görə, yeni kəşf edilmiş obyekt bu il aprelin 4-də Günəşin səthinə düşdüyü zaman yoxa çıxacaq. Günəş sisteminin başlanğıcında milyardlarla il əvvəl əmələ gələn səma cisminin 73 gün ömrü qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv