KİV: “Trampın təyyarəsi Davosa gedərkən Qrenlandiya üzərindən uçmayıb”

KİV: “Trampın təyyarəsi Davosa gedərkən Qrenlandiya üzərindən uçmayıb”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Danimarka, #Donald Tramp, #Kanada, #Nəqliyyat, #Qrenlandiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Prezidenti Donald Trampın təyyarəsi Davosa gedərkən Qrenlandiya üzərindən uçmayıb və bu adanın tərkibində olduğu Danimarkanın nəzarətində olan hava məkanına daxil olmayıb”.

presstvaz xəbər verir ki, bu barədə TASS hava nəqliyyatının idarəolunması prosesində iştirak edən mənbəyə istinadən məlumat yayıb.

“İsveçrəyə yollanan ABŞ prezidentinin təyyarəsi Qrenlandiya hava nəqliyyatı dispetçerlərinin nəzarət etdiyi hava məkanına daxil olmayıb, nisbətən cənubdan uçub. Xüsusilə, Şimali Atlantika üzərində təyyarə Kanada hava nəqliyyatı dispetçerlərinin nəzarətində olub. Daha sonra Atlantikanın şimal-şərqindəki hərəkətdən məsul olan Böyük Britaniya hava nəqliyyatı dispetçerlərinə təhvil verilib”, – məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl Davosa yola düşən ABŞ liderinin təyyarəsində nasazlığın aşkar edildiyi barədə məlumat yayılmışdı.

Donald Tramp uzun müddətdir Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı iş aparır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv