Azərbaycanla Misir arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Misir arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Misir, #Ramin Məmmədov, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misirə səfəri çərçivəsində bu ölkənin müftisi Nazir Məhəmməd Ayad ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Bildirilib ki, dövlət komitəsinin sədri Azərbaycan ilə Misir arasında tarixi, mədəni və siyasi əlaqələr, ölkəmizdə formalaşmış multikultural dəyərlər və tolerantlıq ənənələrindən bəhs edib. İki ölkə arasında yüksəksəviyyəli siyasi əlaqələrin bir çox sahələrdə, o cümlədən dini müstəvidə əməkdaşlığın dinamik şəkildə inkişafına zəmin yaratdığını vurğulayıb.

R.Məmmədov “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi” mövzusunda keçirilən konfransı müxtəlif ölkələrdən olan alim və mütəxəssislər arasında fikir mübadiləsi üçün səmərəli platforma kimi dəyərləndirərək, tədbirin Azərbaycan-Misir münasibətlərinin daha da möhkəmlənməsi, dini və elmi dialoqun genişlənməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Misirin müftisi Nazir Məhəmməd Ayad Dövlət Komitəsi sədrinin beynəlxalq konfransda iştirakını əməkdaşlığa verilən önəmin bariz göstəricisi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycanın dinlərarası dialoqun təşviqində, elmi və akademik müzakirələrdə fəal iştirak etməsi ölkəmizin beynəlxalq platformalarda mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Görüşdə təcrübə mübadiləsinin genişləndirilməsi, bu çərçivədə Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv