ABŞ-nin gizli silahı var? – Prezidentdən etiraf

ABŞ-nin gizli silahı var? – Prezidentdən etiraf






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Hakim, #Nikolas Maduro, #Nyu-York, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağ Ev rəhbəri Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı ABŞ qüvvələri tərəfindən səs silahından istifadə iddiası ilə bağlı xəbərlərə münasibət bildirərkən Vaşinqtonun heç kimin bilmədiyi silahlara sahib olduğunu iddia edib.

presstvaz xəbər verir ki, Tramp “News Nation”a verdiyi müsahibədə bu barədə danışıb.

“Bizim heç kimin bilmədiyi silahımız var”, – deyə o bildirib.

D.Tramp qeyd edib ki, başqa heç kimin belə silahlara sahib olmasını istəməzdi.

“Bu barədə danışmamaq daha yaxşı olar, amma bizim bəzi heyrətamiz silahlarımız var”, – deyə Ağ Ev rəhbəri əlavə edib.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin “narkoterrorizm” və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.

Əməliyyat zamanı ABŞ hərbçilərinin gizli silahdan istifadə etdikləri iddia olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv