Moskvada restoranlar kütləvi şəkildə bağlanır: bazarda ən böyük dalğa

Moskvada restoranlar kütləvi şəkildə bağlanır: bazarda ən böyük dalğa






presstv

"Presstv"az #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moskva pandemiya dövründən bəri restoran və barların kütləvi şəkildə fəaliyyətini dayandırdığı ən genişmiqyaslı mərhələyə qədəm qoyub.

presstvaz xəbər verir ki, yanvar ayı hələ tam başa çatmasa da, paytaxtda "Dorogaya ya perezvonyu", "Smoke BBQ", "The Toy", "Mimi", "Beerside" və "Valenok" da daxil olmaqla 45-dən çox məşhur iaşə obyekti fəaliyyətini dayandırıb.

Ekspertlər hesab edirlər ki, ilin sonuna qədər Moskvada ən azı 465 ictimai iaşə müəssisəsinin bağlanması mümkündür. Bu tendensiya yalnız kiçik kafe və restoranlarla məhdudlaşmır, iri şəbəkələr də bazardakı mövqelərini qorumaqda çətinlik çəkərək bir neçə obyektini bağlayıblar.

Mütəxəssislər əsas səbəb kimi tələbatın kəskin azalmasını göstərirlər. Belə ki, restoranlara getmək artıq bir çox vətəndaş üçün əlçatmaz lüksə çevrilib. Əlavə olaraq, 2026-cı ildə sahəyə təzyiqi artıran faktorlar arasında ƏDV-nin yüksəlməsi də göstərilir.

Bazarda müşahidə olunan bu mənfi tendensiya Moskvadakı ictimai iaşə sektorunun ciddi sınaqla üzləşdiyini göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv