Ronaldo "Yuventus"u məhkəmədə uddu – milyonlar alacaq

Ronaldo "Yuventus"u məhkəmədə uddu – milyonlar alacaq






presstv

"Presstv"az #Futbol, #İtaliya, #Koronavirus, #pandemiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo “Yuventus”la bağlı məhkəmə işində qalib gəlib.

presstvaz xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu nəşri La Gazzetta dello Sport məlumat yayıb. Turin Apellyasiya Məhkəməsi “Yuventus”un əvvəlki qərardan verdiyi şikayəti təmin etməyib və klubun Ronaldoya 9,7 milyon avro ödəməli olduğu hökmünü qüvvədə saxlayıb.

Məhkəmə çəkişməsi koronavirus pandemiyası dövründə tərəflər arasında bağlandığı iddia edilən gizli razılaşma ilə əlaqədardır. Həmin razılaşmaya əsasən, “Yuventus” Ronaldonun maaşının bir hissəsini müvəqqəti olaraq təxirə salmışdı. Sonradan məlum olub ki, klub portuqaliyalı hücumçuya 9,8 milyon avro məbləğində borclu qalıb.

Qeyd edək ki, Ronaldo əvvəlcə bu məbləğin təxminən iki qatını – 19,9 milyon avro tələb edib. Lakin 2024-cü ildə arbitraj məhkəməsi futbolçunun iddiasını qismən təmin edərək, “Yuventus”un daha az məbləğ ödəməsinə qərar vermişdi. Apellyasiya instansiyası da bu qərarı dəyişməz saxlayıb.

Beləliklə, İtaliya məhkəmələrinin yekun mövqeyinə əsasən, Turin klubu Ronaldoya borclu olduğu məbləği ödəməli olacaq.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv