Azərbaycanda qarlı hava nə vaxta qədər davam edəcək?

Azərbaycanda qarlı hava nə vaxta qədər davam edəcək?






presstv

"Presstv"az #Audi, #Bakı, #Lənkəran, #Milli Hidrometeorologiya Xidməti, #Qazax, #Quba, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

presstvaz xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.

O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 21-də gündüzədək davam edəcək:

“Yanvarın 22-dən havanın mülayimləşəcəyi, əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-də 3, dağlıq rayonlarda 7 dərəcəyədək şaxtadır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv