Suriya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Suriya və ABŞ prezidentləri arasında telefon danışığı olub






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

presstvaz xəbər verir ki, bu barədə Suriya Prezidentliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilir ki, hər iki lider Suriya ərazisinin bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb, sabitliyin təmin olunmasına yönəlik bütün səylərin dəstəklənməsinin zəruriliyini ifadə edib.

Tərəflər Suriya dövləti çərçivəsində kürd xalqının hüquqlarının təmin edilməsi və qorunmasının vacibliyini də təsdiqləyiblər.

Prezidentlər həmçinin İŞİD terror təşkilatı ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi və təşkilatın yaratdığı təhdidlərin aradan qaldırılması məsələsində razılığa gəliblər.

Telefon söhbəti zamanı habelə bir sıra regional məsələlər müzakirə olunub və Suriyanın daha yaxşı gələcəyə doğru irəliləyə bilməsi üçün ona yeni bir fürsət tanınmasının əhəmiyyəti vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv