Həmin ölkələr Qəzzaya 1 milyard dollar verməlidir

Həmin ölkələr Qəzzaya 1 milyard dollar verməlidir






presstv

"Presstv"az #ABŞ, #Argentina, #Avstraliya, #Dollar, #Donald Tramp, #Dünya İqtisadi Forumu, #Hindistan, #Kanada, #Macarıstan, #Misir, #Müharibə, #Pakistan, #Qəzza, #Türkiyə, #Viktor Orban, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan və Qəzzada növbəti mərhələləri nəzarətdə saxlamağı hədəfləyən Sülh Şurasına daimi üzv olmaq üçün ölkələr 1 milyard dollar verməlidirlər.

presstvaz xəbər verir ki, bu barədə "Associated Press" ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, üç il müddətinə üzvlük üçün ödəniş nəzərdə tutulmasa da bu yolla toplanan vəsaitin Qəzzanın bərpasına yönəldirilməsi nəzərdə tutulub.
Bildirilib ki, Macarıstanın baş naziri Viktor Orban dəvəti qəbul edib. Vyetnamın Kommunist Partiyasının Baş katibi To Lamın da Şuraya qoşulduqlarını açıqlayıb. Hindistan dəvət alan ölkələr sırasındadır. Avstraliya isə təşəbbüsün mahiyyətini aydınlaşdırmaq üçün ABŞ-la məsləhətləşmələr aparacağını bildirib.

Bundan başqa, İordaniya, Yunanıstan, Kipr və Pakistan də dəvət aldıqlarını təsdiqləyiblər. Daha əvvəl Kanada, Türkiyə, Misir, Paraqvay, Argentina və Albaniya da dəvət edildiklərini açıqlamışdı.

ABŞ-ın yaxın günlərdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda, Şuranın rəsmi üzvlərinin siyahısını elan edəcəyi gözlənilir.
Qeyd edək ki, Şura oktyabrın 10-da qüvvəyə minmiş atəşkəsin çətin ikinci mərhələsi çərçivəsində Qəzzada atılacaq addımlara nəzarət edəcək. Planlara Qəzzada yeni Fələstin komitəsinin yaradılması, beynəlxalq təhlükəsizlik qüvvəsinin yerləşdirilməsi, HAMAS-ın tərksilahı və müharibədən zərər çəkmiş ərazinin bərpası daxildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv