Çində doğum bütün müşahidələr tarixi ərzində ən aşağı səviyyəyə düşdü

Çində doğum bütün müşahidələr tarixi ərzində ən aşağı səviyyəyə düşdü






presstv

"Presstv"az #Audi, #Çin, #Çin Xalq Respublikası, #Hakim, #Si Cinpin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ildə Çində doğum nisbəti 1949-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Çin hakimiyyəti tərəfindən görülən tədbirlərə baxmayaraq, ölkədə demoqrafik vəziyyət kəskinləşir.

presstvaz-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Milli Statistika Bürosunun məlumatına görə, hər 1000 nəfərə düşən doğum sayı 5.6-ya enib ki, bu da ən azı Çin Xalq Respublikasının qurulmasından bəri ən aşağı göstəricidir. Yenidoğulmuşların sayı son ildə əvvəlki illə müqayisədə 2020-ci ildən bəri ən çox sayda – 1.6 milyon azalıb və 7.9 milyon təşkil edib.

Agentliyin qənaətinə görə, Çin sədri Si Cinpinin doğum nisbətinin artırılması ilə bağlı kampaniyası uğursuzluğa düçar olub. Keçmiş lider Mao Tszedunun rəhbərliyi altında 1960-cı illərdə baş verən “Böyük aclıq”dan bəri əhalinin azalması ən kəskin göstərici təşkil edib. Çinlilərin sayı 3.4 milyon nəfər azalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv