Dövlət Kukla Teatrının aktyoru: “Məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş saldırdım”

Dövlət Kukla Teatrının aktyoru: “Məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş saldırdım”






presstv

"Presstv"az #Aktyor, #Audi, #Avto, #Depressiya, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Həyatda hərənin bir arzusu var. Nə qədər arzuna çatsan, yenə də arzulayacaqsan. Arzusuz həyat mümkün deyil. Arzular bitmir, tükənmir. Aktyorun ən böyük arzusu tamaşaçını sevindirməkdir. Tamaşaçı gülüşü aktyora bəs edir”.

presstvaz xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Dövlət Kukla Teatrının aktyoru Aslan Fətullayev deyib.

O bildirib ki, son illərdə yaş senzi ortalığa çıxıb:

“Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir hal yaşanar. Sabah hansısa teatrda 50-60 yaşlı aktyorun rolunu 25-30 yaşlı oğlana versələr, onlar bu obrazın heç 20 faizini də yarada bilməzlər. Hər yaşın öz tendensiyası var da. Qoca aktyor avtomatik həmin ştrixləri bilir. Aktyorların teatrlardan uzaqlaşdırılmasına pis baxıram. Əslində cavanlar bu sənətkarlardan öyrənməlidirlər. Onlar bir məktəbdir. Amma əfsuslar olsun ki, biz həmin məktəbləri bağlayırıq”.

Aslan Fətullayev qeyd edib ki, illər əvvəl sənətdə ona maneçilik edən çox olub.

“O qədər insan bu yolda mənə mane olub ki… Əksəriyyəti də sənət adamı olub. Mən onlara öz sənətimlə, uğurlarımla, tamaşaçı alqışları ilə cavab vermişəm. İnsanın yolunu kəsib, onu küsdürənlər çox olur. Hətta bir dəfə Hollivuddan rejissor gəlmişdi. Demişdilər ki, səni filmə çəkmək istəyir. Tək mən deyildim, bir neçə aktyorumuzu da çəkmək niyyətində idi. Mən də sevindim, dedim ki, nə olar, çəkilərəm. Hazırlıq görüb saçımı da uzatmışdım. Bizim yerli sənətçilərdən biri ona demişdi ki, “Aslan uzun müddətdir filmə çəkilmir, tamaşa oynamır, aktyorluq istedadına əmin deyiləm, yadırğaya bilər”. Onun bu sözü məni ağır depressiyaya salmışdı. Özümə söz verdim ki, bundan sonra filmə çəkilməyəcəyəm. Hətta məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş də qoydurdum. Bu hadisə uzun illər əvvəl olmuşdu”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv