Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadisə, #Şəhidlər xiyabanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev və xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.

presstvaz xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb. XRİTDX adından “Əbədi məşəl” abidə-kompleksinin önünə əklil qoyulub.

Daha sonra xidmətin inzibati binasında anım tədbiri keçirilib. Tədbir Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik tarixində tutduğu müstəsna yeri vurğulayıb, şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyini qeyd edib.

Anım tədbirinin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv