Tarixin ən bahalı “Chevrolet Camaro” modeli iki milyon dollara satıldı

Tarixin ən bahalı “Chevrolet Camaro” modeli iki milyon dollara satıldı






presstv

"Presstv"az #Audi, #Avto, #Dollar, #Hərrac

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mecum” hərracına çıxarılan “Chevrolet Camaro” modelləri üçün tarixi qiymət rekordu qeydə alınıb.

presstvaz bu barədə “Autoevolution” nəşrinə istinadən xəbər verir.

İndi tarixdə ən bahalı “Camaro” artıq 1 milyon 815 min dollar dəyərindədir. Bu məbləğ anonim alıcı tərəfindən 1969-cu ilin modeli üçün hazırlanmış ilk prototip statusuna malik 57 illik kupeyə ödənilib.

Avtomobil “high-performance” maşınlar xəttinin yaradıcısı Don Yenko tərəfindən hazırlanıb.

Bu maşının əsas fərqi, o dövrdə “Chevrolet” tərəfindən “Camaro” modellərində rəsmi olaraq tətbiq edilməyən mühərriklə təchiz olunmasıdır. Bu “Camaro” adi “Camaro”larla müqayisədə nəhəng sayılan 7.0 litrlik V8 (427 kubdüym) mühərriklə təchiz edilib. Tərtibatçıların hesablamalarına görə, bu mühərrik 450 at gücü hasil edirdi.

1969-cu ildə Don Yenkonun spesifikasiyaları üzrə cəmi 201 kupe yığılıb. Rekord qiymətə satılan nüsxənin dəyərini artıran digər amillər də var: orijinal aqreqatlar, kompleks restavrasiya hesabına zavod vəziyyətinə yaxın qorunma və kuzovun dizaynı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv