Samvel Karapetyan istintaq təcridxanasından ev dustaqlığına köçürülüb

Samvel Karapetyan istintaq təcridxanasından ev dustaqlığına köçürülüb






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Ermənistan, #İrəvan, #Münaqişə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İrəvanda “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan istintaq təcridxanasından evə aparılıb.

presstvaz bu barədə “Sputnik-Ermənistan” saytına istinadən xəbər verir.

Xatırladılır ki, yanvarın 16-da S.Karapetyan Antikorrupsiya Məhkəməsinin qərarı ilə xəstəxanadan cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.

Həmin məhkəmə aşağı instansiya məhkəməsinin 2025-ci ilin sonunda qəbul etdiyi ev dustaqlığı barədə qərarı ləğv etmişdi.

Lakin yanvarın 17-də Antikorrupsiya Məhkəməsi S.Karapetyanın ev dustaqlığı müddətinin uzadılması barədə yeni qərar qəbul edib.

İş adamının evinin qarşısına toplaşan tərəfdarlarına xəbərdarlıq edilib ki, məhkəmənin qərarına əsasən, S.Karapetyana yaxınlaşmaq və onunla danışmaq qadağandır.

Qeyd edək ki, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan ruhanilərlə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra, 2025-ci ilin iyun ayında həbs edilib. Sonradan iş adamına qarşı “vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması” ittihamı ilə yeni cinayət işi açılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv