Uşaqlarda qızdırma nə zaman təhlükəlidir? – AÇIQLAMA

Uşaqlarda qızdırma nə zaman təhlükəlidir? – AÇIQLAMA






presstv

"Presstv"az #Həkim, #Körpə, #qızdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədən temperaturunu deyil, valideynlərin narahatlıq səviyyəsini də artırır.

presstvaz xəbər verir ki, Medipol Acıbadem Bölgə Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssisi, uzman həkim Coşkun Saf bu mövzu ilə bağlı valideynlərə vacib tövsiyələr verib.

Həkimin sözlərinə görə, hərarətin dərəcəsindən xəstəxanaya müraciət vaxtına, antibiotik verilib-verilməməsindən evdə qulluğa qədər yaşanan qərarsızlıqlar prosesi daha da çətinləşdirir.

Qızdırmanın ölçüm yerindən asılı olaraq dəyişə biləcəyini bildirən Dr. Saf qeyd edib ki, uşaqlarda ümumi yanaşmaya görə 38 dərəcədən yuxarı bədən temperaturu qızdırma hesab olunur:

"Bədən temperaturunun ən dəqiq ölçümü rektal və ya ağızdan aparılan ölçümlərdir. Lakin praktikada bu üsullar çətin olduğu üçün daha çox qoltuq altı, dəri və qulaqdan ölçüm üsullarına üstünlük verilir. 5-6 aydan kiçik körpələrdə qulaqdan ölçüm uyğun deyil, bu yaş qrupunda qoltuq altı ölçümü tövsiyə olunur".

Hərarətin dərəcəsindən daha çox uşağın ümumi vəziyyətinin önəmli olduğunu vurğulayan həkim bildirib ki, hər qızdırma mütləq təhlükə əlaməti deyil:

"Əgər uşaq qidalanırsa, maye qəbul edirsə, oynayır, göz təması qurur və sosial reaksiyaları normaldırsa, qızdırmaya müəyyən həddə qədər icazə vermək olar. Hər qızdırmanı dərhal salmaq düzgün yanaşma deyil. Çünki müəyyən dərəcədə o, immun sisteminə müsbət təsir göstərir".

Dr. Coşkun Saf xüsusilə 3 aydan kiçik körpələrdə qızdırmanın ciddi qiymətləndirilməli olduğunu bildirib:

"Bu yaş qrupunda hərarət müşahidə edilərsə, vaxt itirmədən uşaq həkiminə müraciət olunmalıdır. Bundan əlavə, yüksək temperatur 3 gündən çox davam edərsə, şiddətli qusma, səpkilər, tənəffüs çətinliyi və ya qıcolma kimi əlamətlər yaranarsa, mütləq xəstəxanaya müraciət edilməlidir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv