Qəzza prosesində Ankara–Vaşinqton əməkdaşlığı genişlənir

Qəzza prosesində Ankara–Vaşinqton əməkdaşlığı genişlənir






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Hakan Fidan, #Prezident Administrasiyası, #Qəzza, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza ilə bağlı yaradılan Sülh Komitəsinin təsisçi üzvlərindən biri olmağa dəvət edib.

presstvaz-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran açıqlama verib.

Onun sözlərinə görə, təşəbbüs çərçivəsində Qəzzada təhlükəsizliyin təmin olunması və bölgənin yenidən qurulmasına nəzarət edəcək Sülh Şurası və ona bağlı strukturlar formalaşdırılır.

Burhanəddin Duran bildirib ki, ABŞ Prezidenti Donald Tramp 16 yanvar 2026-cı il tarixində Sülh Şurasının qurucu sədri qismində rəsmi məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanı bu qurumda qurucu üzv kimi təmsil olunmağa dəvət edib.

Qeyd edək ki, Ağ Ev Qəzzada keçid dövrünü idarə edəcək Sülh Şurasının üzvlərini artıq açıqlayıb. Məlumata görə, Qəzzada Fələstin Administrasiyasına dəstək məqsədi daşıyan İcraiyyə Şurasında Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv