Yeni araşdırma Trampın parasetamol və autizm arasında əlaqə nəzəriyyəsini təkzib etdi

Yeni araşdırma Trampın parasetamol və autizm arasında əlaqə nəzəriyyəsini təkzib etdi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ailə, #Araşdırma, #Audi, #Donald Tramp, #Həkim, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın hamiləlik dövründə parasetamol qəbul etməyin uşaqlarda autizm yaratması barədə iddiası böyük bir yeni araşdırma nəticəsində təkzib edilib.

presstvaz xəbər verir ki, məlumatı “The Guardian” yayıb.

Ötən il D.Tramp hamilə qadınları hamiləlik dövründə parasetamolun (ABŞ-də bu dərman “Tylenol” ticarət markası altında satılır) zərərləri barədə xəbərdar etmiş və onun istifadəsinin “autizm riskinin artırdığını” iddia etmişdi. “The Lancet Obstetrics, Gynaecology & Women’s Health” jurnalında dərc olunmuş 43 tədqiqatın əsas icmalı isə bunu təkzib edir.

“Bu sistematik araşdırma və meta-analiz ananın hamiləlik dövründə parasetamol istifadəsinin uşaqlarda autizm spektr pozğunluğu və ya əqli əlillik riskini artırdığına dair heç bir dəlil tapmadı”, – deyə tədqiqatda bildirilib.

Tədqiqat müəllifləri qeyd edirlər ki, ailələrdə autizm xüsusiyyətlərinin inkişaf meyli də daxil olmaqla, ailə və genetik amillər parasetamolun hər hansı birbaşa təsirindən daha inandırıcı izahatlardır.

Müəlliflər, həmçinin qadını hamiləlik dövründə müntəzəm olaraq parasetamol qəbuluna sövq edən əsas tibbi vəziyyətin uşağın neyropsixoloji inkişafının formalaşmasında daha vacib rol oynaya biləcəyini bildirirlər.

Xatırladaq ki, D.Tramp sentyabrın 22-də Ağ Evdə keçirilən mətbuat konfransında bu dərman haqqında danışmışdı. “Tylenol” qəbul etmək zərərlidir… Bütün hamilə qadınlar hamiləlik dövründə bu dərmanın istifadəsini məhdudlaşdırmaq barədə həkimləri ilə danışmalıdırlar”, – deyə o bildirmişdi.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı da D.Trampın açıqlamalarını təkzib edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv