İlon Mask “OpenAI” və “Microsoft”dan milyardlarla dollar təzminat istəyir

İlon Mask “OpenAI” və “Microsoft”dan milyardlarla dollar təzminat istəyir






presstv

"Presstv"az #Audi, #Dollar, #İlon Mask, #Microsoft, #OpenAI

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı sahibkar İlon Mask “OpenAI” və “Microsoft” şirkətlərə qarşı milyardlarla dollarlıq təzminat iddiası irəli sürüb.

presstvaz-ın xəbərinə görə, “Bloomberg” bu barədə məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

İlon Mask məhkəməyə müraciətində bildirib ki, “OpenAI” fəaliyyətinin qeyri-kommersiya xarakterini inkar etməklə onu çaşdırıb. Buna görə də, sahibkar indi şirkətin təxminən 500 milyard dollar dəyərində qiymətləndirilən cari bazar kapitallaşmasının bir hissəsinə haqqı olduğunu düşünür.

İddiaya görə, “OpenAI” İ.Maskın 2015-ci ildə şirkətin təsis edilməsinə yatırdığı təxminən 38 milyon dollarlıq ilkin maliyyələşdirmədən sui-istifadə edib və sonradan bundan qazanc götürüb.

“Bloomberg” yazıb ki, Mask “OpenAI” və “Microsoft”un ona 79 milyarddan başlayaraq 134 milyard dollaradək təzminat ödəməsini istəyir.

“OpenAI” isə iddianı İ.Maskın təzyiq və təqib kampaniyasının bir hissəsi hesab etdiyini bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv