Cəlilabadın kəndindəki məktəb problemi ilə bağlı RƏSMİ CAVAB

Cəlilabadın kəndindəki məktəb problemi ilə bağlı RƏSMİ CAVAB






presstv

"Presstv"az #Ailə, #Audi, #Cəlilabad rayonu, #Lənkəran, #Lənkəran-Astara Regional Təhsil İdarəsi, #Nəqliyyat, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cəlilabadın Uzuntəpə kəndində yaşayan şagirdlərin dörd nömrəli məktəbə getməkdə çətinlik çəkdiyi ilə bağlı iddialara rəsmi cavab verilib.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hazırda Cəlilabad rayonunun Uzuntəpə kəndində üçü tam və biri ümumi orta olmaqla dörd təhsil müəssisəsi fəaliyyət göstərir:

“Bununla yanaşı, 2023-cü ildə istifadəyə verilmiş Cəlilabad şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi də Uzuntəpə kəndinə yaxın ərazidə yerləşir və ictimai nəqliyyat xəttinin üzərindədir. Odur ki, valideynlər övladlarını yaşadıqları əraziyə yaxın yerləşən digər dörd ümumtəhsil müəssisəsinin hər hansı birinə yerdəyişmə edə bilərlər”.

Xatırladaq ki, Cəlilabadın Uzuntəpə kəndində yaşayan şagirdlərin dörd nömrəli məktəbə getməkdə çətinlik çəkdiyi iddia olunur. Qeyd olunub ki, təhsil müəssisəsi yaşayış məntəqəsindən xeyli uzaqda yerləşir və şagirdlər uzun məsafə qət edir. Taksilər şagirdləri məktəbə aparıb-gətirmək üçün 25 manat tələb edir ki, bunun da ailələr üçün əlçatan olmadığı bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv