Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Hadisə, #İran, #Təcili Tibbi Yardım, #Zaqatala Rayon Mərkəzi Xəstəxanası, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb.

presstvaz APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00-da Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.

1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İ.S. və 2024-cü il təvəllüdlü E.S. zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Müayinə zamanı məlum olub ki, bir ailənin dörd üzvü, o cümlədən iki azyaşlı qazdan zəhərlənib. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladlarının vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.

Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv