Təmizlənməyən suvarma arxı sakinləri problemlərlə üz-üzə qoydu: “Su qoşulan kimi evimə dolur”

Təmizlənməyən suvarma arxı sakinləri problemlərlə üz-üzə qoydu: “Su qoşulan kimi evimə dolur”






presstv

"Presstv"az #Audi, #Quba, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Quba rayonunun İdrisqışlaq kənd sakinləri yaşayış məntəqəsindən keçən su kanalının vaxtında təmizlənməməsindən şikayət edirlər. Uzun müddətdir baxımsız qalan kanalı ot basıb, lil qatı ilə dolan məcra isə tez-tez daşır. Nəticədə su evlərə və həyətyanı sahələrə dolur.

Kənd sakinləri yaranan çətinliyi belə ifadə ediblər: “Su qoşulan kimi mənim evimə su dolur. Təxminən 300-400 metr ərazi belədir. Torpaq, zibil, hamısı buranı basıb. Bir balaca daxma tikmişəm, o da suyun içindədir. Xəstə adamam, gücüm çatmır ki, oranı özüm təmizləyim”.

Məsələ ilə bağlı Şabran Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Firudin Babayev açıqlama verərək bildirib ki, təmizlik işləri qrafik üzrə aparılacaq:

“Suvarma arxlarının uzunluğu və xidmət etdiyi ərazilər nəzərə alınmaqla təmizləmə işləri növbəli və mərhələli şəkildə həyata keçirilir. Quba rayonunun İdrisqışlaq kənd ərazisindən keçən suvarma arxında lil və kol-kosdan təmizlənmə işlərinin qrafikə uyğun olaraq yaxın vaxtlarda aparılması planlaşdırılır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv