Çarəsiz valideynlər imdad dilədilər: “Dərsdən gələndən sonra görürsən ki, uşaq titrəyir”

Çarəsiz valideynlər imdad dilədilər: “Dərsdən gələndən sonra görürsən ki, uşaq titrəyir”






presstv

"Presstv"az #Audi, #Körpə, #Salyan, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Salyan rayonunun Aşağı və Yuxarı Noxudlu kənd məktəbləri qəzalı vəziyyətə düşdüyü üçün yüzlərlə şagird təhsilini Aşağı Kürkəndi kənd məktəbində davam etdirir.

Məktəblilər hər gün qonşu kəndə getmək üçün təxminən 10-15 kilometr məsafə qət etməli olurlar.

“Altı nəvəm bu məktəbdə oxuyur. Hamısı aşağı sinif şagirdidir. Uşaq məktəbə gedib, sancıdan halı pisləşib. Bu necə şəraitdir? Biz hansı vəziyyətdə yaşayırıq?!” – sakinlərdən biri şikayətini dilə gətirib.

“Körpə uşaqlardır, xəstəlik yayılıb, hamısı xəstələnib. Dərsə gedib-gələndən sonra görürsən ki, uşaq titrəyir”, – başqa bir sakin deyib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektor müdiri Rəvan Baxışov bildirib ki, Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin inzibati-tədris binasının tikintisi ilə bağlı qərar verilib: “2026-cı ildə tikintiyə başlanılacaq. Yuxarı Noxudlu məktəbinin binasının da 2026-cı ildə əsaslı təmir olunması barədə qərar verilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv