2026 ən isti il ola bilər

2026 ən isti il ola bilər






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Hadisə, #İngiltərə, #Qlobal istiləşmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı il ən isti illər arasında yer ala bilər.

presstvaz xəbər verir ki, İngiltərənin Met Office qurumu 2026-cı illə bağlı narahatedici proqnoz açıqlayıb. 

Məlumata görə, Met Office bəzi ekstremal hava hadisələrinin növbəti illərdə də davam edəcəyini bildirib.

Qeyd olunub ki, insan fəaliyyəti nəticəsində yaranan emissiyaların azalmaq əvəzinə artması qlobal temperatur yüksəlişini daha da sürətləndirir.

Bu həftə Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) tərkibində fəaliyyət göstərən Kopernikus İqlim Dəyişiklikləri Xidməti (C3S), Ümumdünya Meteorologiya Təşkilatı (WMO), Met Office və ABŞ-nin Berkeley Earth tədqiqat mərkəzi eyni vaxtda yayımladıqları hesabatlarda 2025-ci ilin müşahidə tarixində üçüncü ən isti il olduğunu açıqlayıblar.

Kopernikusun məlumatına əsasən, 2025-ci ildə qlobal orta səth temperaturu sənayeöncəsi dövrün orta göstəricisi ilə müqayisədə 1,47 dərəcə yüksəlib. WMO və Berkeley Earth bu göstəricini 1,44 dərəcə, Met Office isə 1,41 dərəcə olaraq hesablayıb.

Qeyd edilib ki, tarixdə ən isti il olan 2024-cü ildə temperatur artımı 1,6 dərəcəyə, ikinci ən isti il olan 2023-cü ildə isə 1,48 dərəcəyə çatıb. Bununla da 2023-2025-ci illər qlobal temperatur artımının 1,5 dərəcəni aşdığı ilk üçillik dövr kimi qeydə alınıb. Son 11 il isə müşahidə tarixindəki ən isti 11 il olub.

Met Office-in proqnozuna görə, 2026-cı ildə qlobal orta temperatur sənayeöncəsi dövrün orta göstəricisindən 1,34-1,58 dərəcə yüksək ola bilər. Bu isə qlobal istiləşmənin 1,5 dərəcə həddinə sürətlə yaxınlaşdığını göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv