3 azərbaycanlı uşaq əcnəbi vətəndaşlara verilib – RƏSMİ

3 azərbaycanlı uşaq əcnəbi vətəndaşlara verilib – RƏSMİ






presstv

"Presstv"az #Ailə, #Almaniya, #Azərbaycan, #Rusiya, #Serbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il ərzində övladlığa verilən 149 uşaqdan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. 

presstvaz xəbər verir ki, bu barədə Modern.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, övladlığagötürmə sahəsində səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edildiyi 2019-cu il 1 noyabr tarixindən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. 

Agentlikdən verilən məlumata görə, həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olub. 

Qeyd edilib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən uşağın övladlığa götürülməsi Azərbaycan Respublikası vətəndaşları ilə müqayisədə əlavə tələblər əsasında həyata keçirilir. Bu tələblər uşağın maraqlarının və təhlükəsizliyinin maksimum səviyyədə qorunmasına xidmət edir. 

"Belə ki, nikahda olmayan, habelə gəlirləri yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının iki mislindən az olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir. 
Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla, müvafiq ölkənin qanunvericiliyinə uyğun olaraq minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır. 

Azərbaycan vətəndaşı olan uşaqlar, eləcə də vətəndaşlığı olmayan, lakin uçota alınmış uşaqlar ilk növbədə ölkəmizdə daimi yaşayan vətəndaşların ailələrinə və ya qohumlarına övladlığa verilir. Bu mümkün olmadıqda, onların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə icazə verilir.
Həmçinin respublikadan kənarda daimi yaşayan vətəndaşlara, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan vətəndaşı olan uşaqlar uçota alındığı tarixdən 6 ay sonra, vətəndaş olmayan uşaqlar isə uçota alındıqları tarixdən 1 il sonra övladlığa verilə bilər. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən uşağın övladlığa götürülməsi zamanı azı 5 il müddətində nikahda olan şəxslərə üstünlük verilir. Bu yanaşma ailə mühitinin sabitliyinin və uşağın uzunmüddətli rifahının təmin edilməsinə yönəlib",- rəsmi məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv