WUF13 ərəfəsində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı mühüm nailiyyətə imza atıblar

WUF13 ərəfəsində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı mühüm nailiyyətə imza atıblar






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Bakı, #Birləşmiş Millətlər Təşkilatı (BMT), #Keniya, #Qarabağ və Şərqi Zəngəzur

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın15-də BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb.

presstvaz xəbər verir ki, Ev Sahibi Ölkə Sazişi əsasında hazırlanmış bu razılaşma BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev tərəfindən Cenevrədə imzalanıb.

Bu sənədin imzalanması 17-22 may 2026-cı il tarixlərində Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir. Sözügedən saziş 2023-cü ilin dekabrında imzalanmış ev sahibliyinə dair sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.

Anar Quliyev “UN-Habitat” və Azərbaycan arasında səmərəli əməkdaşlığı və şəhərsalmanın inkişafı sahəsində birgə layihələri yüksək qiymətləndirdiyini bildirib. O, Qarabağ və Şərqi Zəngəzur bölgələrində üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də Ümumdünya Məskunlaşma Günü münasibətilə 2023-cü ildə Bakıda keçirilmiş tədbirlərin bunu təsdiqlədiyini qeyd edib.

O əlavə edib:

“Bu gün Azərbaycan insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı və “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir. “UN-Habitat” ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsi möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və insanyönümlü şəhərlərin təşviqinə töhfə verəcək”.

“UN-Habitat”ın icraçı direktoru Anaklaudia Rossbax bu mühüm toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikası Hökumətinə təşəkkür edib:

“Azərbaycanın liderliyi və tərəfdaşlığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq prosesinin mərkəzində dayanır və biz bu davamlı əməkdaşlığa görə öz minnətdarlığımızı bildiririk. Biz təqribən üç milyard insanı, o cümlədən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1.1 milyard insana təsir edən qlobal mənzil böhranını birlikdə həll etməliyik”.

Bakı şəhərinin WUF13-ün ev sahibi elan edilməsindən sonra 2023-cü il dekabr ayında Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında Ev Sahibi Ölkə Sazişi imzalanıb. Bu saziş qlobal konfransın ev sahibi ölkədə təşkili üçün hüquqi konsepsiyanı müəyyən etməklə yanaşı, həm təşkilati, həm də planlaşdırma məsələlərinin əksəriyyəti üçün əsas olub.

Qeyd edək ki, 2001-ci ildə BMT tərəfindən yaradılmış Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlər, icmalar, ölkələr və iqlim dəyişmələrinə təsirlərini araşdırmaq məqsədilə təşkil olunan aparıcı qlobal konfransdır. Forum öz fəaliyyətinə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv