Timoşenko 760 min dollar girov müqabilində azadlığa buraxıla bilər – Məhkəmə qərarı

Timoşenko 760 min dollar girov müqabilində azadlığa buraxıla bilər – Məhkəmə qərarı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Dollar, #Kiyev, #Ukrayna, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi “Batkivşina” parlament fraksiyasının lideri Yuliya Timoşenkonun 33 milyon qrivna (760 000 ABŞ dolları və ya 1,2 milyon manatdan çox) girov müqabilində istintaq müddətində azadlığa buraxılması barədə qərar verib.

presstvaz-ın məlumatına görə, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Prokurorluq onun 50 milyon qrivna (1 milyon dollardan çox) girov müqabilində azadlığa çıxmasına razılıq vermişdi.

Məhkəmə girov məbləğini 33 milyon qrivna müəyyən edib.

Xanım siyasətçi isə bildirib ki, yekun məhkəməyə qədər hesablarının dondurulması səbəbindən girov müqabilində tələb olunan vəsaiti indiki anda təqdim edə bilmir, bu üzdən azadlığa buraxıla bilməyəcək.

Qərar icra olunduqda Y.Timoşenko həbsdən çıxsa da, müstəntiqin icazəsi olmadan Kiyev bölgəsini tərk etməməli, yaşayış yerində və iş yerində hər hansı bir dəyişiklik barədə məlumat verməli, Ali Radanın müəyyən deputatları ilə ünsiyyətdən çəkinməli və xarici pasportunu təhvil verməlidir.

Qeyd edək ki, yanvarın 14-də Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumları Timoşenkonu müəyyən qanun layihələrinin lehinə və ya əleyhinə səs vermək üçün bir neçə Rada deputatını satın almaqda ittiham edib. O, vəzifəli şəxslərə qanunsuz güzəşt təklif etməkdə Ukrayna Cinayət Məcəlləsinin 369-cu maddəsinin 4-cü hissəsi ilə şübhəli bilinir. Bu ittiham maksimum 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv