Abşeronun Məmmədli kəndində evlərin ZİRZƏMİLƏRİNİ SU BASDI

Abşeronun Məmmədli kəndində evlərin ZİRZƏMİLƏRİNİ SU BASDI






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #İlham Əliyev, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonunun Məmmədli kəndində bir çox evləri su basıb.

presstvaz xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Qeyd edilib ki, bu cür vəziyyətin yaranmasına səbəb iki gün əvvəl havanın yağıntılı keçməsi olub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür vəziyyətin yaranmasına səbəb ərazidə xidmətin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin mövcud olmamasıdır.

“Bir çox yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradır ki, bu da xüsusilə intensiv yağıntılar zamanı subasma hallarının artmasına səbəb olur.

Mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəqli, saxlanılması və paylanması proseslərinin optimallaşdırılması nəzərdə tutulur. Dövlət Proqramının icrası bir çox yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək”, – deyə məlumatda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv