Putin Netanyahu ilə söhbətindən sonra Pezeşkiana zəng edib

Putin Netanyahu ilə söhbətindən sonra Pezeşkiana zəng edib






presstv

"Presstv"az #Audi, #Benyamin Netanyahu, #İran, #İsrail, #Jurnalistlər, #Məsud Pezeşkian, #Rusiya, #Vladimir Putin, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Prezidenti Vladimir Putin bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra iranlı həmkarı Məsud Pezeşkiana zəng edib.

presstvaz-ın TASS-a istinadən məlumatına görə, bunu bu gün brifinq zamanı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Prezident Putin günün birinci yarısını, əsasən, İran ətrafındakı vəziyyətə həsr edib. Bu gün artıq İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı olub, biz müvafiq məlumat vermişik. Ən qısa zamanda sizi İran Prezidenti Pezeşkian ilə telefon danışığının nəticələri barədə də məlumatlandıracağıq”, – Peskov deyib.

Onun sözlərinə görə, Kreml İran və Yaxın Şərqdəki vəziyyəti gərgin kimi qiymətləndirir.

Peskov əlavə edib ki, Rusiya İran ətrafında və bütün regionda gərginliyin azaldılmasına kömək etməyə çalışır: “O cümlədən Vladimir Putin də bu məqsədlə səylər göstərir”.

“Rusiya bu köməyi təkcə İrana deyil, həm də bütün regiona, regional sabitlik və sülh işinə göstərir”, – Peskov qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv