Azərbaycan Nəşriyyatı fəaliyyətini davam etdirəcək? – RƏSMİ AÇIQLAMA

Azərbaycan Nəşriyyatı fəaliyyətini davam etdirəcək? – RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Nəşriyyatı” MMC-nin doqquzmərtəbəli korpusunda keçirilmiş vizual texniki baxış nəticəsində binanın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya, elektrik xətlərində qüsur və zədələnmələr aşkar edilib. Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil”.

presstvaz bildirir ki,    bu barədə  “Azərbaycan Nəşriyyatı” MMC-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:

“Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə, icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq 01.02.2026-cı il tarixindən binanın istismarının dayandırılması haqda qərar verilib”.

Bildirilib ki, burada söhbət yalnız doqquzmərtəbəli binanın təmirindən gedir:

“Azərbaycan Nəşriyyatı” MMC fəaliyyətini davam etdirəcək. Təmir müddəti görüləcək işlərin dəqiq həcmi, layihə-smeta sənədlərinin hazırlanması və maliyyələşmə prosesindən asılı olaraq müəyyən ediləcək. Əsaslı təmir başa çatdıqdan sonra bina yenidən istismara veriləcək.

Əslində, doqquzmərtəbəli binanın təmirlə əlaqədar boşaldılacağı redaksiyalara daha əvvəl də bildirilib. Sadəcə, o zaman bunun tarixi dəqiqləşməmişdi. İndi isə konkret qərar qəbul edildikdən sonra redaksiyalar rəsmən xəbərdar edilir. Onlar ofislərdən istifadə müqavilələrinə xitam verildiyi tarixdən – 31 yanvar 2026-cı ildən etibarən tutduqları sahələri mümkün qədər qısa müddətdə boşaltmalıdırlar”.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv