Fransalı olimpiya çempionu nüfuzlu yarışı şərh etməkdən kənarlaşdırıldı

Fransalı olimpiya çempionu nüfuzlu yarışı şərh etməkdən kənarlaşdırıldı






presstv

"Presstv"az #Audi, #Avropa, #Avto, #Dünya rekordu, #Fiqurlu konkisürmə, #Fransa, #İdman, #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə Olimpiya çempionu Qabriella Papadakis 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarında şərhçilik etməkdən kənarlaşdırılıb.

presstvaz xəbər verir ki, bu barədə tanınmış idmançı “L’Equipe” nəşrinə danışıb.

İdmançının sözlərinə görə, belə qərar keçmiş partnyoru Qiyom Sizeronun şikayətindən sonra verilib.

“Bildiyim qədəri ilə, Sizeronun rəsmi şikayətindən sonra kanal mənim neytrallığımın pozulduğuna və Olimpiya Oyunları ilə bağlı şərh verə bilməyəcəyimə qərar verdi. Onların mövqeyini başa düşürəm, amma qərarın ədalətsiz olduğunu düşünürəm”, – deyə idmançı bildirib.

Daha əvvəl Papadakis avtobioqrafiyasında son illərdə Sizeronla münasibətlərinin xeyli pisləşdiyini açıqlamışdı.

İdmançılar 2024-cü ilin dekabr ayında ayrıldıqlarını elan ediblər. Onlar 2008-ci ildən bəri birlikdə yarışıblar. 2022-ci il Pekin Olimpiadasında idmançılar ümumilikdə 226.61 xal toplayaraq dünya rekordu vurublar.

Papadakis və Sizeron, həmçinin beşqat dünya və Avropa çempionlarıdır. 2025-ci ildən bəri Sizeron Lorans Furnye-Bodri ilə duetdə yarışır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv