Kiberpolis qanunsuz onlayn kazino şəbəkəsinə qarşı növbəti əməliyyat keçirib – saxlanılanlar var

Kiberpolis qanunsuz onlayn kazino şəbəkəsinə qarşı növbəti əməliyyat keçirib – saxlanılanlar var






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #DİN, #Kibercinayətkarlıq, #Kiberdələduzluq, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Qanunsuz onlayn qumar oyunları təşkil edən şəxslər ifşa olundu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
       presstvaz-a Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən daxil olan məlumata əsasən, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.

Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı bu cinayət əməllərində şübhəli bilinən daha iki nəfər – 35 yaşlı Ülvi Rzayev26 yaşlı Rza Rzayev saxlanılıb.

       Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar. Daha sonra dəstə üzvləri sosial şəbəkələrdə “Tokyo”, “Lasvegas”, “Tac”, “Joker” və “Padişah Casino” adlı profillər vasitəsilə vətəndaşlarla əlaqə saxlayaraq onları pul müqabilində onlayn qumar oyunlarına cəlb ediblər.

Saxlanılan şəxslərin paytaxtın müxtəlif ərazilərində yerləşən mənzillərinə baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə edilən bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Məlum olub ki, həmin bank kartları ayrı-ayrı şəxslərdən ödəniş müqabilində əldə edilərək qanunsuz pul köçürmələrində istifadə olunub.

       Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha xəbərdarlıq edərək şirnikləndirici vədlər verən qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyi tövsiyə edir. Bildirilir ki, bu cür hallarda kiberdələduzluqla üzləşmək, bank hesablarındakı vəsaitləri itirmək və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmaq riski mövcuddur.

 

presstvaz – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv