Gəncədə bir qrup sakinin gününü qara edən problem: “Topalam mən, düzəltsinlər bunu”

Gəncədə bir qrup sakinin gününü qara edən problem: “Topalam mən, düzəltsinlər bunu”






presstv

"Presstv"az #Audi, #Gəncə şəhəri, #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə şəhəri, Ozan küçəsi, üçüncü dalanda yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlər yaşadıqları yolun baxımsız vəziyyətdə olmasından şikayətləniblər.

Onların sözlərinə görə, daha əvvəl yol asfalt örtüyü ilə təmin olunub. Lakin ərazidə su, kanalizasiya xətlərinin çəkilməsi zamanı asfalt örtüyü dağıdılıb və sonradan bərpa edilməyib.

Daha ətraflı videomaterialda:

“Suyu çəkib asfaltı dağıtdılar. Gözüm zəif görür, yıxılmışam. Belə zülm olar?”, – deyə sakinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə küçələrin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması, eləcə də içməli və çirkab su xətlərinin yenidən qurulması məqsədilə həyata keçirilən ikinci açıq kommunal infrastruktur proqramı layihəsinə paralel şəkildə aparılır.

Qurumdan verilən məlumata görə, layihə üzrə işlər yekunlaşan ərazilərdə asfalt örtüyünün bərpası mərhələli qaydada təmin ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv