“OpenAI” şirkəti “ChatGPT Translate”i təqdim etdi

“OpenAI” şirkəti “ChatGPT Translate”i təqdim etdi






presstv

"Presstv"az #Audi, #ChatGPT, #Google, #OpenAI, #Şəki, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“OpenAI” şirkəti əllidən çox dili dəstəkləyən və “Google Translate”ə rəqib sayılan “ChatGPT Translate”i təqdim edib.

presstvaz xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.

Məlumata görə, yeni sistem “Google”un məşhur xidmətinə bənzəyir: istifadəçilərə həm orijinal, həm də tərcümə olunmuş mətni göstərmək üçün yerlər təqdim olunur və müxtəlif dilləri seçmək imkanı verilir.

Lakin xidmətlərin funksionallığında fərqlər mövcuddur. “ChatGPT Translate” masaüstü brauzerdə mətn tərcüməsini dəstəkləyir, mobil versiyada isə səsli girişə imkan verir. Şəkil dəstəyi ilə bağlı iddialara baxmayaraq, bu funksiya hələ mövcud deyil. “Google Translate”dən fərqli olaraq, “OpenAI”ın xidməti sənədlərin, şəkillərin və ya veb səhifələrin yüklənməsinə icazə vermir.

“ChatGPT”nin üstün xüsusiyyətlərindən biri, mətni işgüzar ünsiyyət üçün uyğunlaşdırmağa imkan verən əlavə tərcümə tərzi parametrlərinin olmasıdır.

Əslində, “OpenAI” şirkəti “ChatGPT”nin uzun müddətdir mövcud olan tərcümə xüsusiyyətini ayrıca bir məhsula çevirib. Lakin hələlik “iOS” və “Android” üçün mobil tətbiqlər buraxmayıb və yeni xidmətdə istifadə olunan xüsusi süni intellekt modelini açıqlamayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv