ABŞ Venesuela neftini Niderland sahillərində saxlayacaq

ABŞ Venesuela neftini Niderland sahillərində saxlayacaq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Hakim, #Niderland, #Nikolas Maduro, #Nyu-York, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Venesuela neftini daşıyan tanker Niderlandın Karib dənizindəki Kürasao adasında lövbər salıb. ABŞ hökumətinin göstərişi ilə xam neft müvəqqəti olaraq saxlanılması üçün burada anbarlara yerləşdiriləcək.

presstvaz xəbər verir ki, bu barədə NOS televiziya kanalı məlumat yayıb.

Kanalın xəbərinə görə, dünyanın ən böyük iki əmtəə treyderi – “Trafigura Group” və “Vitol Group” – Venesuela neftini sonradan yenidən satmaq üçün Karib ölkələrinə nəql edir. Söhbət xam neftin Kürasao və Baham adalarında müvəqqəti saxlanmasından gedir.

Hazırda Venesuela sahillərində dörd tanker yerləşdirilib. Bu həftə “Trafigura” və “Vitol” şirkətlərinin Karib dənizindəki saxlama müəssisələrinə sonradan çatdırılmaq üçün ümumilikdə təxminən 4.8 milyon barel Venesuela nefti alması gözlənilir.

Qeyd olunur ki, Venesuela neftinin gəlişi adanın beynəlxalq enerji logistikasında rolunu bərpa etməyə diqqət yetirən Kyurasao hakimiyyətinin maraqlarına uyğundur.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə sabiq prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin “narkoterrorizm” və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv