İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Nazirlər Kabineti, #Samir Şərifov, #Sərəncam, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 15-də Nazirlər Kabinetində “İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib.

presstvaz bildirir ki, baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 sentyabr tarixli 711 nömrəli Sərəncamı ilə yaradılmış İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının təşkili ilə bağlı Təşkilat Komitəsinin qarşısında duran əsas vəzifələri qeyd etmiş, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının 16-19 iyun tarixlərində Bakı şəhərində keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İclasda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının təşkili üzrə görülmüş işlər və cari hazırlıq vəziyyəti, ilk növbədə görülməli işlər, onların icra qrafiki və xüsusi diqqət tələb edən məsələlər, İllik Toplantıların keçiliməsinə dair Tədbirlər Planının layihəsi və gündəlikdə duran digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, 57 üzv ölkəsi olan İslam İnkişaf Bankı 1973-cü ildə yaradılıb. Bankın baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir.

Azərbaycan Respublikası 1992-ci ildən Bankın üzvüdür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv