Qazaxıstanda kişi nikah qeydiyyatından 34 il sonra evli olduğundan xəbər tutub

Qazaxıstanda kişi nikah qeydiyyatından 34 il sonra evli olduğundan xəbər tutub






presstv

"Presstv"az #Ailə, #Ali Məhkəmə, #Audi, #Kitab, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanın Jambıl vilayətinin sakini 1991-ci ildə qeydiyyata alınmış nikah qeydini aşkar edib. O, bundan 2025-ci ildə bank tətbiqinin “Dövlət xidmətləri” bölməsinə daxil olduğu zaman xəbər tutub.

presstvaz-ın xəbərinə görə, bu barədə Qazaxıstan Ali Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Kişi məhkməyə müraciət edib və nikahın etibarsız elan edilməsi üçün iddia qaldırıb.

“O, iddia ərizəsində bildirib ki, 1991-ci ildə cavabdehlə ailə qurmaq niyyəti ilə yaşayıb, lakin artıq dörd aydan sonra onlar ayrılıblar. Tərəflər nikah qeydiyyatı üçün qeydiyyat şöbəsinə müraciət etməyiblər, heç bir sənəd imzalamayıblar və nikah şəhadətnaməsi almayıblar”, – məhkəmənin məlumatında deyilir.

Lakin məhkəmə izah edib ki, sənədlərin saxtalaşdırılması ilə bağlı məhkəməyəqədərki istintaq icraat müddətinin bitməsi səbəbindən dayandırılıb, çünki iddia edilən pozuntu 1991-ci ilə aiddir. Materialların araşdırılması zamanı məlum olub ki, akt kitabında həqiqətən də nikah qeydiyyatı haqqında qeydlər var, lakin imzalar iddiaçıya və cavabdehə deyil, üçüncü şəxsə məxsusdur.

Məhkəmə bu qənaətə gəlib ki, 1991-ci ildə nikah qeydiyyatı qanunun tələbləri pozularaq həyata keçirilib, çünki tərəflər şəxsən iştirak etməyiblər və buna da qanunla icazə verilmir. Bundan əlavə, 1994-cü ildə cavabdeh başqa bir şəxslə qanuni nikah bağlayıb, iddiaçı isə 2001-ci ildə başqa bir vətəndaşla nikah qeydiyyatı edib və uşaqları var. Üstəlik, ər-arvad ailə münasibətlərində olmayıblar və məhkəmə nikahı etibarsız elan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv