Abşeronda “Qartal gölü”ndə nə baş verir?

Abşeronda “Qartal gölü”ndə nə baş verir?






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Bakı, #Bələdiyyə, #Hadisə, #Hakim, #Sərəncam, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bakı və Abşeron yarımadasında 2014-2025-ci illər ərzində bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunub, tikintilər aparılıb. Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin subasmaya məruz qalmasına səbəb olur”.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirlər Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair “2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunan müşavirədə səsləndirilib.

Belə göllərdən biri də Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşir. Sakinlər deyirlər ki, gölə torpaq tökülərək qurudulur. Nəticədə daşan su sakinlərin evlərinə dolur. Sakinlərin sözlərinə görə, el arasında “Qartal gölü” kimi tanınan gölün demək olar böyük hissəsi qurudulub.

Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, üç il bundan qabaq naməlum şəxslər tərəfindən əraziyə torpaq tökülməsi faktı aşkarlanıb. Bu hadisədən sonra ərazi Məmmədli bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən ciddi nəzarətə götürülüb. Hazırda torpaqlama işləri həyata keçirilmir. “Lakin qrunt və yağış suları səbəbindən gölün su səviyyəsi nisbətən qalxıb. Bununla əlaqədar olaraq tərəfimizdən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət olunaraq həmin suyun kənarlaşdırılmasına köməklik göstərilməsi xahiş olunub. Yaxın günlərdə də həmin tədbirlər həyata keçiriləcək”, – deyə icra hakimiyyətindən qeyd edilib.

Məsələ ilə bağlı ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən isə bildirilib ki, qeyd olunan ərazi Abşeron yarımadasında yerləşən göllərin kadastrında qeydiyyata almayıb. O da bildirilib ki, müvafiq sərəncamla təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Tədbirlər Planı” çərçivəsində Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məmmədli və Kürdəxanı qəsəbələrində tullantı sularının düzgün idarə olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan tədbirlərin icrası və tullantı sularının düzgün idarə edilməsi təmin edildikdən sonra həmin ərazidə məskunlaşan sakinlərin bu istiqamətdə mövcud problemlərinin mərhələli şəkildə öz həllini tapacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv