İran hədələdi: ABŞ hərbçilərinə Qətərdəki Əl-Udeyd aviabazasından çıxmaq tövsiyə edildi

İran hədələdi: ABŞ hərbçilərinə Qətərdəki Əl-Udeyd aviabazasından çıxmaq tövsiyə edildi






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Avto, #avtobus, #Hadisə, #Hakim, #İran, #İsrail, #Qətər, #Tehran, #Vəzifə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin bəzi hərbçilərinə yanvarın 14-ü axşama qədər Qətərdəki Əl-Udeyd aviabazasından çıxmaları tövsiyə edilib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan üç diplomata istinadən məlumat verib.

Dohadakı ABŞ səfirliyi hələlik vəziyyətlə bağlı şərh verməyib.

Qeyd edək ki, Əl-Udeyd Yaxın Şərqdəki ən böyük ABŞ bazasıdır və orada təxminən 10 000 hərbi qulluqçu yerləşdirilib. İyun ayında ABŞ-nin İrana hava hücumlarından əvvəl personalın bir hissəsi Yaxın Şərqdəki ABŞ bazalarından köçürülüb.

İranın yüksəkvəzifəli rəsmisi “Reuters” agentliyinə bildirib ki, Tehran ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinə xəbərdarlıq göndərib və bəyan edib ki, ABŞ-nin mümkün hücumuna cavab olaraq yanvarın 14-də ABŞ hərbi bazalarına zərbə endirəcək.

İran hakimiyyəti vurğulayıb ki, bu cür tədbirlər təcavüzə cavab olacaq və regional təhlükəsizlik üçün ciddi nəticələri barədə xəbərdarlıq edib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

ABŞ-nin Yaxın Şərqdəki hərbi bazaları İranda cərəyan edən proseslərlə əlaqədar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ tərəfindən hücum olacağı təqdirdə Tehranın İsrailə və ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbə endirəcəyi ilə hədələyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv