Ağdərə şəhərinin Baş planı hazırdır

Ağdərə şəhərinin Baş planı hazırdır






presstv

"Presstv"az #Audi, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İşğaldan azad edilən Ağdərə şəhərinin Baş planı hazırdır.

presstvaz “Report”a istinadla xəbər verir ki, bu barədə Prezidentin izi ilə şəhərə təşkil edilən mediatur çərçivəsində bildirilib.

Qeyd olunub ki, Ağdərə şəhərinin Baş planı artıq təqdim edilib və buna əsasən, şəhərdə əhalinin məskunlaşma ərazisi artırılacaq. Belə ki, şəhərin hazırda 444 hektar təşkil edən ərazisi 522 hektara çatdırılacaq. Həmçinin 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır.

Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə çayətrafı bulvar, terras parkı, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır.

Eyni zamanda, Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Həmçinin Ağdərə şəhərinin mənzil fondunun 420 min kvadratmetr olması nəzərdə tutulub. O cümlədən, şəhərdə 80 çarpayılıq xəstəxana, 2 520 şagird yerlik beş məktəb binası, 840 yerlik beş uşaq bağçası, peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Ağdərə şəhərində əhalinin məskunlaşdırılmasına gəlincə, 2030-cu ilədək şəhərdə 3 590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46.8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv