WSJ: “Netflix” “Warner Bros.”u almaq üçün nağd pul ödəyəcək

WSJ: “Netflix” “Warner Bros.”u almaq üçün nağd pul ödəyəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “Netflix” yayım xidməti “Paramount Skydance” (PS) tərəfindən artan təzyiq fonunda film və televiziya studiyaları, eləcə də HBO və “HBO Max” yayım platformaları da daxil olmaqla “Warner Bros. Discovery” (WBD) media qrupunu nağd şəkildə almağa hazırdır.

presstvaz xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

“Netflix” əvvəllər WBD-yə təxminən 83 milyard dollar dəyərində, qismən nağd və qismən səhm şəklində sövdələşmə təklif etmişdi. Mənbələrə görə, təklif strukturundakı dəyişiklik bəzi səhmdarlara təsir göstərə bilər. Onlar hər iki təklifi qiymətləndirməyə davam edirlər.

Ötən həftə “Warner Bros.”un direktorlar şurası təxminən 83 milyard dollar dəyərində bir sövdələşmə elan edib. “Discovery” “Paramount”un son 108 milyard dollarlıq satınalma təklifini rədd edib. Buna cavab olaraq, “Paramount Skydance” şirkəti WBD-yə qarşı iddia qaldıraraq şirkətin “Netflix”in təklifinin nə üçün üstün tutulması barədə daha çox məlumat tələb edib. Bundan əlavə, PS “Warner Bros. Discovery” şirkətinin direktorlar şurasına namizədlər irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Satış media biznesində əhəmiyyətli dəyişikliklər fonunda baş verir. Kabel televiziyasına baxış azalır. “Warner Bros.”un gəliri 2025-ci ilin üçüncü rübündə 23% azalıb. Müştərilər abunəlikləri ləğv edir, alternativ əyləncə mənbələri tapırlar. Danışıqlar uğurlu olarsa, “Netflix” tərəfindən idarə olunan yayım xidmətlərinə abunəçilərin ümumi sayı 450 milyona çatacaq ki, bu da antiinhisar orqanlarının diqqətini cəlb edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv