“Everton” “Fənərbağça”nın hücumçusunu transfer etmək istəyir

“Everton” “Fənərbağça”nın hücumçusunu transfer etmək istəyir






presstv

"Presstv"az #"Fənərbağça", #Audi, #Everton, #Futbol, #İngiltərə, #İstanbul, #Sevilya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Everton” klubu “Fənərbağça”nın futbolçusu Yusuf En-Nesirini heyətinə qatmaq niyyətindədir.

presstvaz xarici mediaya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 28 yaşlı hücumçu üçün sürətli və gözlənilməz bir transfer əməliyyatına başlayıb.

“Fənərbağça” rəhbərliyi futbolçunun həm icarə, həm də daimi transfer variantlarının nəzərdən keçirə biləcəklərini açıqlayıb. Mərakeşli hücumçunun İstanbul klubu ilə 2029-cu ilə qədər müqaviləsi olsa da, tərəflər arasında danışıqların müsbət nəticələnəcəyi ehtimal edilir.

Qeyd edək ki, Yusuf En-Nesiri 2024-cü ilin yayında “Sevilya”dan “Fənərbağça”ya transfer olub. O bu mövsüm bütün turnirlər daxil olmaqla 25 oyunda səkkiz qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun transfer dəyəri 22 milyon avro olaraq göstərilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv