NASA və ABŞ-nin Energetika Nazirliyi Ay missiyaları üçün nüvə reaktoru hazırlayacaq

NASA və ABŞ-nin Energetika Nazirliyi Ay missiyaları üçün nüvə reaktoru hazırlayacaq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) və ABŞ Energetika Nazirliyi “Artemis” proqramının bir hissəsi olaraq, 2030-cu ilə qədər Ay səthindəki astronavtları enerji ilə təmin edəcək nüvə enerjisi sistemini inkişaf etdirmək üçün əməkdaşlığı bəyan ediblər.

presstvaz xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, tərəflər arasında bu yaxınlarda imzalanan anlaşma memorandumu, ABŞ Prezidenti Donald Trampın 2030-cu ilə qədər Aya və orbitə nüvə reaktorları yerləşdirməklə ölkənin kosmik üstünlüyü vizyonunu irəli aparır.

“Prezident Trampın milli kosmik siyasətinin bir hissəsi olaraq, ABŞ Aya qayıtmağa, lazımi infrastrukturu qurmağa, Marsa və ondan kənara növbəti nəhəng sıçrayış üçün lazımi investisiyaları qoymağa sadiqdir. Bu razılaşma NASA ilə Energetika Nazirliyi arasında kosmik tədqiqat və kəşflərin qızıl dövrünü başlamaq üçün lazım olan imkanları yaratmaq məqsədilə daha sıx əməkdaşlığa imkan verəcək”, – deyə NASA-nın administratoru Cared Ayzekman bildirib.

Qeyd olunub ki, NASA və Energetika Nazirliyi illərlə yanacaq doldurmadan işləyə bilən təhlükəsiz, səmərəli və bol elektrik enerjisi istehsal edən nüvə bölünməsinə əsaslanan enerji sistemi yerləşdirməyi planlaşdırır.

“Ay reaktorunun yerləşdirilməsi gələcəkdə günəş işığından və ya temperaturdan asılı olmayaraq enerji təmin edərək, davamlı Ay missiyalarına imkan verəcək”, – deyə NASA-dan bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv